“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Biznes kreditləri

PAŞA Bank Biznes Bankçılıq çərçivəsində kiçik və orta həcmli biznes sahəsində fəaliyyət göstərən şirkətlərə və fərdi sahibkarlara müxtəlif biznes kreditləri təklif edir.

Şirkətin biznesinin genişləndirilməsi, yeni layihələrin və cari tələbatının maliyyələşdirilməsi üçün PAŞA Bank müştərilərə 30000-dən 500000-dək AZN / USD / EUR məbləğində müxtəlif təyinatlı kiçik və orta biznes kreditləri təqdim edir.

Bankın peşəkar menecerləri hər bir müştərinin ehtiyaclarını və imkanlarını fərdi qaydada nəzərə alaraq münasib şərtlərlə kredit məhsullarını təklif edir.

Kredit Xətti

Biznes ehtiyacları ilə bağlı qısamüddətli və ya mütəmadi tələb olunan maliyyələşmə üçün kredit xətti

Əsas Vəsaitlər Krediti

Biznesinin inkişafı üçün əsas vəsaitlərin alınması məqsədi ilə kredit

İri korporativ kreditlər:

PAŞA Bank kiçik və orta sahibkarlığın kreditləşməsi ilə yanaşı həmçinin korporativ müştərilərə iri biznes kreditləri təklif edir. Korporativ Bankçılıq çərçivəsində təqdim olunan iri biznes kreditləri barədə ətraflı məlumatla burada tanış ola bilərsiniz.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.