PAŞA Bank əlverişli şərtlərlə kiçik və orta biznesin bütün tələblərinə cavab verən kredit məhsullarını təklif edir.

PAŞA Bankın müştəriləri biznes ehtiyacları ilə bağlı qısamüddətli və ya mütəmadi tələb olunan maliyyələşmə üçün Bankın təqdim etdiyi Kredit Xəttindən faydalana bilər.

Kreditin üstünlükləri

- Müştərinin istədiyi vaxt kredit xəttindən istifadə imkanı
- Kredit xəttinin tam və ya qismən istifadə imkanı
- Banka geri ödənilmiş kredit məbləğinin yenidən istifadəsi
- Faiz dərəcəsinin kredit xəttinin yalnız istifadə edilmiş məbləğinə tətbiq olunması
- Kredit xətti üzrə Banka ödənişlərin sərbəst qrafik üzrə həyata keçirilməsi

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Kreditin şərtləri

Bankın təyin etdiyi Kredit Xəttinin limiti çərçivəsində vəsaiti müştəri özü istədiyi vaxtda tam və ya qismən istifadə edə bilər. Kredit xəttinin müddəti ərzində istifadə edilmiş məbləğ Banka geri ödənildikdən sonra yenidən istifadə oluna bilər, beləliklə kredit xətti mütəmadi təkrarlanan ehtiyaclarının maliyyələşməsi üçün xüsusilə əlverişli kredit məhsuludur.

Faiz dərəcəsi kredit xəttinin yalnız istifadə edilmiş məbləğinə tətbiq edilir, nəticədə kredit xəttinin istifadə edilməmiş məbləğinə faiz hesablanmır. Müştəri kredit xətti üzrə Banka ödənişlərini sərbəst qrafik üzrə həyata keçirir.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Müştərilərimiz

Müştərilərimiz (PAŞA Bankın aşağıda göstərilən sahələr üzrə mövcud biznes müştəriləri):

- Kiçik və orta istehsal müəssisələri (qida məhsullarının istehsalı, geyim istehsalı, tikinti materiallarının istehsalı və s.)
- Kiçik və orta pərakəndə və topdan satış obyektləri (geyim, qida məhsulları, elektrotexnika və digər məişət malları, avtomobil ehtiyat hissələri, dərman preparatları və s.)
- Kənd təsərrüfatı ilə məşğul olan fərdi sahibkarlar və müəssisələr (əkinçilik, maldarlıq və s.)
- Xidmət sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar və müəssisələr (iaşə obyektləri, konsaltinq, tibb, tədris və s.)

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.