25/05/2022

“PAŞA Bank” sizə fərdi və korporativ ödənişlərin daha rahat və sürətli həyata keçirilməsinə imkan verən yeni nəsil “KorpON” terminallarını təklif edir

“KorpOn” terminalları sizə aşağıdakı üstünlükləri verir:

  • Vəsaitlərin cari və kart (əməkhaqqı kartları istisna olmaqla) hesablarına köçürülməsi;
  • 24/7 fəaliyyət göstərən məkanlarda yerləşən terminallar sayəsində banka gəlmədən ödəniş etmək imkanı;
  • Mədaxil olunan vəsaitlərin dərhal hesaba köçürülməsi;
  • 1 dəqiqə ərzində 1200 əsginasın mədaxili imkanı;
  • İstənilən məbləğdə pul vəsaitinin hesaba mədaxili imkanı.


İstifadə qaydaları


İlk olaraq əməliyyatın başlanması üçün əsas səhifədə ekrana toxunun. “PAŞA Bank”ı seçin.

 

Daha sonra müştəri kodunu*, şəxsiyyət vəsiqəsinin FİN kodunu**  və ya VÖEN*** daxil edin.

Əlavə etdiyiniz məlumatın düzgünlüyünə əmin olduqdan sonra “Davam etmək” düyməsinə toxunun.


Kart/hesab növünü, daha sonra ekranda açılan siyahıda ödənişin təyinatını seçin və ya “Fərdi məqsədi daxil edin” seçərək ödənişə uyğun şərh qeyd edin.

 

Hesab məlumatlarını təkrar yoxlayıb "Davam etmək" düyməsinə toxunun.

 

Lazımi məbləği daxil edin və "Qəbul etməyə başlayın" düyməsinə toxunun.

 

Məbləğ hesablandıqdan sonra ekranın sağ hissəsində əks olunur. Əks olunan məbləğ doğrudursa, “Ödəniş” düyməsinə toxunun.


Əməliyyat uğurla yerinə yetirildikdən sonra mədaxili təsdiqləyən qəbzi götürməyi unutmayın. Mədaxil sonrası yarana biləcək hər hansı çətinliyin araşdırılması üçün qəbzin təqdim edilməsi vacibdir.

 

* Müştəri kodu dedikdə, “PAŞA Bank”da hesab açmış müştəriyə bank tərəfindən təqdim edilmiş indentifikasiya nömrəsi nəzərdə tutulur.
** Mədaxili fiziki şəxsin hesabına edirsinizsə, şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edin.
*** Mədaxili hüquqi şəxsin və yaxud VÖEN əsasında fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsin hesabına edirsinizsə, VÖEN nömrəsini daxil edin.

 

Xidmətdən istifadə zamanı yarana biləcək məsələlərlə əlaqədar ətraflı məlumat əldə etmək üçün info@korpon.az elektron ünvanına yaza və ya 24/7 rejimində (994 12) 433 99 33 və (994 99) 433 99 33 nömrələri vasitəsilə “KorpON” müştəri xidmətləri ilə əlaqə saxlaya bilərsiniz.

Həmçinin, (994 12) 496 50 00 nömrəsi ilə “PAŞA Bank”ın əlaqə mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz