04/05/2022

“PASHA Private Banking”dən Avropada yatırım imkanları

Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank”ın premium xidmətlər təklif etdiyi “PASHA Private Banking” şöbəsi yeni yatırım imkanlarını təqdim edir.

Belə ki, Adriatik dənizi sahilində yerləşən Monteneqronun Portonovi şəhərciyində “Sky Villas”, “One&Only Private Homes”, “The Marina” və “The Village” komplekslərində ev sahibi olaraq yatırım imkanlarından yararlanmaq mümkündür. Monteneqroda ev sahibi olmaqla 5%-dək xarici valyutada stabil illik gəlir əldə edəcəksiniz. Əmlakın icarəyə verilməsi prosesi tam olaraq Portonovi kompleksi tərəfindən həyata keçirilir.

“PASHA Private Banking”dən Avropada yatırım imkanları

Bundan əlavə, ev sahibi olan şəxs Monteneqroda yaşam icazəsini də əldə etmiş olur. Yatırım bir neçə şəxs arasında bölündüyü halda, yaşam icazəsi hər bir şəxsə şamil olunur.

YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Portonovi Boka körfəzini kəşf etmək üçün ideal başlanğıc nöqtəsidir. Portonovidə lüks həyat tərziniz üçün hər bir detal incəliklə düşünülüb. Burada 214 lüks rezidensiya, vertolyot meydançası olan “D-Marin” Portonovi marinası, Portonovi tennis klubu, 30-dan çox üzgüçülük hovuzu, lüks çimərlik klubu və digər xidmətlər təklif olunur.

“PASHA Private Banking”dən Avropada yatırım imkanları

Təkliflə bağlı ətraflı məlumat üçün *1230 nömrəsinə zəng edərək “PASHA Private Banking” çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

“PASHA Private Banking”dən Avropada yatırım imkanları