06/03/2022

Müştərilərimiz üçün vacib məlumat

Hazırda Rusiyada səfərdə olan və yaxın günlərdə səfər edəcək müştərilərimizin diqqətinə!

“VISA” və “Mastercard” ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan edib. Bu səbəbdən Azərbaycan banklarının, o cümlədən "PAŞA Bank"ın kartları Rusiya ərazisində işləməyəcək.

Bunu nəzərə alaraq tövsiyə edirik, bank kartınızla vəsaitinizi ATM-lərdə nağdlaşdırasınız və ya nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirəsiniz.