31/08/2021

Dövlətimizin İkinci Qarabağ Müharibəsindəki şanlı zəfərindən sonra qarşımızda duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş torpaqlarda abadlıq işlərinin aparılmasıdır. Məhz bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı əsasında “Qarabağ Dirçəliş Fondu” yaradılıb.

“Qarabağ Dirçəliş Fondu”nun əsas fəaliyyəti işğaldan azad edilmiş bölgələrdə dayanıqlı inkişafın təmin edilməsi istiqamətində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə dəstəyi və investisiyaların yönləndirməsindən ibarətdir.

Toplanılan vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantları, habelə qanun çərçivəsində qadağan olunmayan mənbələr təşkil edir.

Fiziki və ya hüquqi şəxs olaraq siz də “Qarabağ Dirçəliş Fondu”na könüllü şəkildə ianə edə bilərsiniz. Köçürmələri aşağıda qeyd olunan üsullarla həyata keçirmək mümkündür:

- "PAŞA Bank"ın biznes mərkəzlərində
- "PAŞA Bank"ın mobil tətbiqi vasitəsilə (fiziki şəxslər üçün) iOS, Android
- "Onlayn Bank" platformasında "Ödənişlər" bölümündən (hüquqi şəxslər və fərdi sahibkarlar üçün)