04/08/2021

"PAŞA Bank"ın adından sui-istifadə edən naməlum şəxslər müştərilərimizə zəng edərək məxfi məlumatları əldə etməyə cəhd göstərir. Sizinlə müxtəlif vasitələrlə əlaqə saxlayan şəxslərə aşağıda qeyd olunan məlumatların təqdim edilməsi TƏHLÜKƏLİDİR: 

- Kartın üzərindəki 16 rəqəm,

- PİN kod,

- CVV (kartın arxasında 3 rəqəmli şifrə)

- OTP (SMS vasitəsilə göndərilən birdəfəlik təhlükəsizlik kodu)

- "PAŞA Bank" mobil tətbiqinin istifadəçi şifri,

- İnternet bankçılıq hesabının istifadəçi şifri

Bu hallarla rastlaşdığınız zaman kartın üzərindəki nömrələr vasitəsilə dərhal Bankla əlaqə saxlayaraq yaşanmış hadisə barədə məlumat verin.