07/12/2020

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank plastik kart sahiblərinə təklif olunan imkanları genişləndirməyə davam edir.

Belə ki, dəbli alış-veriş platforması hesab edilən “Farfetch"də “VISA” plastik kart sahiblərinə 200 ABŞ dollarınadək endirim fürsəti təklif olunur. Bu endirimdən “Platinum” kart vasitəsilə 500 ABŞ dolları, “Signature” və “Infinite” kartları ilə isə 1,000 ABŞ dolları və daha yüksək məbləğdə alış-veriş edən müştərilər yararlana bilər.

Xatırladaq ki, xarici ölkələrdən edilən sifarişlərin dəyəri 300 ABŞ dollarını aşarsa, gömrük rüsumu tətbiq ediləcək. 

Kampaniya 15 dekabr 2020-ci il tarixinədək qüvvədə olacaq.