Card-to-Card xidməti vasitəsi ilə Siz ölkədaxili bütün bankların kartlarına tez və rahat şəkildə pul köçürə bilərsiniz. Göndərdiyiniz pullar dərhal ünvana çatacaq.
Card-to-Card xidməti vasitəsi ilə göndərilən vəsaitlərin həcminə məhdudiyyət qoyulmur.
Card-to-Card əməliyyatı aşağıdakı qaydada həyata keçirilir:
• Kartı bankomata daxil edin, PIN kodu yazın;
• Bankomatın monitorunda Card-to-Card funksiyasını seçərək, pulu qəbul edən şəxsin kart nömrəsini daxil edin;
• Pulu qəbul edən şəxsin kartının etibarlılıq müddətini göstərin və göndərilən məbləği daxil edin;
• Əməliyyat yerinə yetirilir və Sizə qəbz təqdim olunur.
Card-to-Card xidmətinin əsas üstünlükləri:
• Pulköçürmə 24/7
• Sürətli pulköçürmə xidmətlərindən daha sürətli və sərfəlidir;
• Köçürülən məbləğə məhdudiyyət qoyulmur;
• Pulu köçürərkən banka gəlməyə ehtiyac yoxdur.