PAŞA Bank yerli və xarici banklara müxtəlif valyutalarda əlverişli şərtlərlə mübadilə əməliyyatlarının həyata keçirilməsi xidmətini təqdim edir.

Bankın bu xidməti sayəsində maliyyə institutlarının valyuta mübadilə əməliyyatlarının sərfəli şərtlərlə həyata keçirilməsi, həm də valyuta resurslarının davamlı likvidliyi təmin edilir.

Kapital bazarları sahəsində PAŞA Bankın təcrübəli mütəxəssisləri müştərilərin tələblərinə fərdi qaydada yanaşaraq uyğun şərtlər təklif edir.

PAŞA Bankın valyuta mübadilə xidmətlərinin üstünlükləri:

- Əlverişli tariflər və şərtlər
- Böyük həcmdə nağd və nağdsız əməliyyatların həyata keçirilməsi
- Beynəlxalq valyuta mübadiləsi şəbəkələrində daimi oyunçu olaraq pul resurslarının vaxtlı və yetərli miqdarda təchizatı.

Daha ətraflı məlumat üçün PAŞA Bankın ”Bridge Plaza” ofisinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya fi@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.