Nağd pul vəsaitlərinin və digər qiymətlilərin daşınması prosesində müxtəlif çətinliklər və təhlükələr mövcuddur. Müştərilərin bu risklərinin aradan qaldırılması üçün PAŞA Bank nağd pul vəsaitlərinin və qiymətlilərin təhlükəsiz daşınmasını (inkassasiya xidmətini) təklif edir.

Xidmətin üstünlükləri

- İnkassasiya xidməti Bankın peşəkar mühafizə dəstəsi tərəfindən həyata keçirilir
- Mühafizə dəstəsi zirehli avtomobillər və xüsusi avadanlıq ilə təchiz olunur
- Daşınan nağd pul vəsaitlərini və digər qiymətliləri Bank öz hesabına sığortalayır
- Nağd pul vəsaitlərinin və digər qiymətlilərin təhlükəsizliyinə Bank tam zəmanət verir və maddi məsuliyyət daşıyır
- Müəssisədən Banka və əksinə Bankdan müəssisəyə, eləcə də istənilən digər ünvanlar arasında nağd pul vəsaitlərinin və digər qiymətlilərin daşınması həyata keçirilir
- Müştərinin istəyi ilə nağd pul vəsaitlərinin sayılması və cildlənməsi həyata keçirilir

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Xidmətin şərtləri

PAŞA Bank inkassasiya xidmətlərini müştərilərlə razılaşma əsasında müvafiq tariflərə əsasən həyata keçirir. Tariflər xidmətin bir dəfəlik və ya aylıq göstərilməsi, eləcə də coğrafi əhatə dairəsinə əsasən müəyyən olunur.

Nağd pul vəsaitlərinin və qiymətlilərin daşınması müştəri ilə razılaşdırılmış vaxtlarda tam məxfilik şəraitində həyata keçirilir.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.