PAŞA Bank
İçindəki
PAŞA Bankın saytına xoş gəldiniz!
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılmışdır. İnkişaf istiqaməti olaraq korporativ və fərdi müştərilərə kompleks bank xidmətləri təqdim edən müasir bank modelini seçdik. Bu gün “PAŞA Bank” ASC öz fəaliyyət dairəsini və sahələrini dinamik şəkildə genişləndirərək, həm kapital həcminə görə, həm də etibarlılıq göstəricilərinə görə yerli bazarda lider mövqelərindən birini tutur.
Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin təməlində duran mənəvi dəyərlər hər zaman fəaliyyətimizin başlıca prioriteti olub və olacaq. Əsas məqsədimiz keyfiyyətli bank məhsullarını təqdim etməklə milli biznesin inkişafını dəstəkləməkdir. Biz məsuliyyətimizi dərk edir, fəaliyyətimizin yüksək peşəkar və etik standartlara uyğun olması üçün əlimizdən gələni əsirgəmirik.
Sizə biznesinizdə uğurlar arzulayır, əməkdaşlığa dəvət edirik.
Hörmətlə,
Fərid Axundov
İdarə Heyətinin Sədri
Maliyyə fəaliyyətinin nəticələri və perspektivlər
25.06.2010
PAŞA Bank ötən 2009-cu il üçün maliyyə fəaliyyətinin nəticələrini dərc etmiş və Azərbaycan bankçılıq bazarının iri və güclü korporativ bankı kimi bankın mövqeyinin möhkəmləndirilməsi üzrə atılacaq əlavə addımları göstərmişdir. ...>>>


