11/04/2012
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın təsis etdiyi "PAŞA Bank təqaüdünü" bir il ərzində alacaq tələbələrin adları məlum oldu.
Təqaüd üçün müraciət edən namizədlərin arasında layiqli tələbələrin çox olması səbəbi ilə təqaüd elan olunduğu kimi 10 nəfərə deyil 12 nəfərə veriləcəkdir.

PAŞA Bankın təqaüdçüləri:
1. Ceyhun Bəbirzadə - Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs tələbəsi. "Azerbaijan Business Case Competition" müsabiqəsində qaliblərdən biri, BMT-nin İnkişaf Proqramının "Human Development" seminarının iştirakçısı. Qəbul imtahanlarında 600 bal toplayıb.

2. Nərgiz Rəşidli - Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci kurs tələbəsi. 2010-cu ildə Milli Məclisə keçirilən seçkilərdə tərcuməçi-müşahidəçı kimi MMK və ATƏT-lə fəaliyyət göstərib. ADİU SİFE, AEGEE-Bakı-nın PR komandasının üzvüdür. Qəbul imtahanlarında 602 bal toplayıb.

3. Firuzə Məmmədli - Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsidir. ADNA-da İngilis dilində keçirilən iqtisadiyyat üzrə konfrasın 3-cü yer sahibidir. Alman dili üzrə TestDaf sertifikatı üzrə 17 bal (20-dən) və İELTS imtahanından isə 7 bal toplayıb. Qəbul imtahanlarında 578 bal toplayıb.

4. Fərid Hacibəyli - Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsidir. 2009-cu ildə ADNA-nın daxili Debat Turnirinin qalibləri kimi 6 tələbə sırasına daxil olub, bundan əlavə 2009-cu ildə ADNA-nın Brain Ring yarışmasının qalibi olub, Respublika üzrə keçirilmiş "Sosial Məsuliyyət və SƏN " müsabiqəsində "1KİTAB=1GƏLƏCƏK" layihəsi ilə 1-ci yerə layiq görülüb. Qəbul imtahanlarında 562 bal toplayıb.

5. Mobil Məmmədov - Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci kurs tələbəsi. "İrəli" İctimai Birliyinin üzvüdür və bu təşkilatın bir çox layihələrinin iştirakçısıdır. Eləcə də "Azerbaijan Study Academy" nin təşkil etdiyi traininglərdə iştirak edib Sertifikat əldə edib. Qəbul imtahanlarında 627 bal toplayıb.

6. Lalə Rzazadə - Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs tələbəsi. 2010-ci ildə keçirilən fizika olimpiadasında Bakı şəhəri üzrə I yerə layiq görülüb. Bir neçə təşkilatlarda könüllük əsasında aktiv olaraq fəaliyyət göstərir: AİESEC-Azerbaijan, SİFE-ASEU, ATGTİ, ADİU-TGT, PCs for KİDS, Eurovision Song Contest Baku-2012-Volunteer.

7. Pərvin Əliyev - Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi. Gənc Mühasiblər Birliyinin və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin fəal üzvlərindən biridir.

8. Könül Quluzadə - XƏZƏR Universitetinin 2-ci kurs tələbəsi. Qəbul imtahanlarında 572 bal toplayıb.

9. Tələt Qurbanbəyov - Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci kurs tələbəsi.
3-cü korpus üzrə Debat klubunun kordinatoru və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvüdür.
2011-ci ilin yayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi "MDB ölkələri arası yay-liderlik məktəbi"-nin iştirakçısı və qalib komandanın aktiv üzvlərindən biri olmuşdur.

10. Cavidan Qasımlı - Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs tələbəsi. Azərbaycan Respublikasında keçirilən "İstedadlı Gənc Alimlər " layihəsində I yerin qalibi. Azərbaycan Respublikası İncəsənət Gimnaziyasında keçirilən "Türkdilli dövlətlərin sosial iqtisadi inkişafı 1990-2009-cu illərdə" beynəlxalq konfransın iştirakçısı. " Müasir dövürdə ətraf mühitin mühafizəsi və ekoloji problemlər" mövzusunda keçirilən konfransda I yerin qalibi.

11. Xəyal İsmayılov - Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs tələbəsi. "JA Biznes Etika layihəsi"ndə və "From Civic Education to Civic Activism" proqramında uğurlu iştirakına görə sertifikatla təltif olunmuşdur. "Water" adlı digər bir beynəlxalq layihədə iştirak etmiş "THE STAR YOUNG SCİENTİST" adına layiq görülmüdür. Hazırda İrəli İctimai Birliyi tərəfindən təşkil olunan "Müasir İqtisad Məktəbi" layihəsində iştirak edir.

12. Təbriz Məmmədli - "Qafqaz" Universitetinin 1-ci kurs tələbəsi. 2009-cu ildə məktəblilərin Respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə dördüncü yeri tutub.

Xatırladaq ki, yerli Ali məktəblərdə istedadlı və sosial-aktiv tələbələrin təşviq edilməsinə, özəl və dövlət sektorunun kadrlar rezervinin formalaşmasına yönəldilmiş bu layihəyə bir ay əvvəl start verilmişdir. Ümumilikdə PAŞA Bankın və bu layihə üzrə bankın partnyoru olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşları tərəfindən 500-ə yaxın müraciətə baxılmışdı.