03/11/2010

28.10.2010

PAŞA Bankın Sibos Sərgisində iştirakı Avropa kütləvi informasiya vasitələrinin də marağını cəlb etmişdir. Belə ki dünyaca məşhur Financial Times qəzetinin aylıq buraxılışı olan The Banker jurnalı, Dow Jones Qrupuna aid Financial News, İsveçrənin maliyyə jurnalı Finanz und Wirtschaft və Almaniyanın Banken & Sparkassen və Geldinstitute, İngiltərənin Trade Finance və Emea Finance jurnalları öz nəşrlərində PAŞA Bankın rəhbərliyi ilə müsahibələrə geniş yer vermiş və dünyanın maliyyə arenasında gənc və perspektivli bir Bank kimi haqqında məqalələr dərc etmişlər.