“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Bizim yanaşma

PAŞA Bank sosial məsuliyyət strategiyasını Azərbaycanın dayanıqlı inkişafı və Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına qovuşması əsnasında cəmiyyətin tələb və ehtiyaclarını nəzərə alaraq formalaşdırır. Bu baxımdan bank korporativ sosial məsuliyyət və sponsorluq strategiyalarını ilk dəfə 2009-cu ildə tərtib etmişdir. PAŞA Bank korporativ sosial məsuliyyət təşəbbüslərini ərsəyə gətirərkən gənc nəslin işgüzarlıq qabiliyyətlərinin artırılmasına, həmçinin ölkənin sosial və mədəni inkişafına xüsusi diqqət yetirir. Əlavə olaraq, PAŞA Bank kiçik- və ortahəcmli müəssisələri idarə edən sahibkarlar arasında biznesi idarəetmə və idarəçilik bacarıqlarını, həmçinin maliyyə savadlığını artırmaq məqsədilə müxtəlif təlimlər keçir.

Korporativ sosial məsuliyyət yanaşmasının yaranması
1.0: Korporativ sosial məsuliyyət (KSM) sırf marketinq və ictimaiyyətlə əlaqələr vasitəsi kimi tətbiq edilir. Bu, şirkətin nüfuzunu artırmaq məqsədilə həyata keçirilən xeyriyyəçilik təşəbbüsləridir. KSM “xərcləri doğruldan” vasitə kimi tanınır. Cəmiyyət qarşısında məsuliyyət fikrini özündə səthi ifadə etdiyindən KSM anlayışı uzun müddət ərzində dayanıqlı yanaşma hesab edilmirdi.
2.0: Bununla belə, KSM yanlız xeyriyyəçilik tədbirlərinə çəkilən xərcləri ödəməklə məhdudlaşmır. Şirkətlər xeyriyyə cəmiyyətləri ilə strarteji tərəfdaşlığı formalaşdırmağa başlayıblar. Lakin risklərin idarə edilməsi baxımından KSM mühafizəkar tədbir kimi qəbul edilməkdədir.
3.0: Digər tərəfdən, inteqrasiya və ortaq dəyərlər anlayışı daha çox inkişaf etməkdədir. KSM yalnız riskləri aşağı salmaq vasitəsi kimi artıq tətbiq edilmir. Əksinə, KSM şirkət və cəmiyyət üçün dəyər yaradan və bu dəyəri qoruyan strategiyaya çevrilib.

PAŞA Bank KSM 3.1: korporativ tərəfdaşların iştirakçılığı
• Bankın sosial mandatı onun fəaliyyətinin döyünən “damarıdır”.
• Bugünkü reallıq baxımından, dayanıqlı inkişafa yalnız bütün tərəfdaşların birgə səyləri hesabına nail olmaq mümkündür.
• Tərəfdaşların fəaliyyət fəlsəfəsi və işə yanaşmaları bir-birinə həmahəng olmalıdır.
• PAŞA Bankın korporativ tərəfdaşların iştirakçılığı təşəbbüsü bütün tərəfdaşları inkişafa doğru aparacaq.

2023-cü ildə PAŞA Bank BMT Qlobal Sazişizə qoşulub.

(yenilənmə tarixi 19.07.2023)