Gündəlik bankçılığı Sizin üçün daha asan etdik. Yeni Onlayn Bankımızın üstünlüklərini kəşf edin! Daxil olun

close-icon

Ticarətin (ixrac və idxal əməliyyatlarının) maliyyələşməsi

Beynəlxalq ticarət əməliyyatları çərçivəsində akkreditivlər vasitəsilə ödənişlərin həyata keçirilməsi ilə yanaşı bir çox hallarda həmçinin daha uzun müddətə maliyyələşmə tələb olunur.

PAŞA Bank müştərilərə ehtiyaclarını nəzərə alaraq həm akkreditiv məhsulları, həm də akkreditivin açılması ilə birgə ticarətin maliyyələşməsi xidmətlərini təklif edir.

Bankın əməkdaşları müştərilərə müxtəlif maliyyələşmə imkanları üzrə məlumatların verilməsi və müştərinin ehtiyaclarına uyğun akkreditiv və maliyyələşmə növünün seçilməsi sahəsində tam məsləhət dəstəyi göstərirlər.

İxracdan əvvəl maliyyələşmə

Müştərilər malların istehsalı və ixracının maliyyələşməsi üçün PAŞA Bankın təqdim etdiyi imkanlardan istifadə edə bilərlər. Bank ticarətin maliyyələşməsi üzrə xarici banklarla əməkdaşlığı çərçivəsində uyğun şərtlərlə kreditlərin ayrılmasını təklif edir.

İdxalın 1 ilədək müddətə maliyyələşməsi

PAŞA Bankın nüfuzlu xarici banklar ilə ticarətin maliyyələşməsi sahəsində əməkdaşlığı çərçivəsində müştərilərə uyğun şərtlərlə bir il müddətinədək maliyyələşmə imkanları təklif edir. Bu xidmətlərin nəticəsində şirkət öz vəsaitlərini sərmayə etmədən Bankın təqdim etdiyi 1 illik maliyyələşmə əsasında idxal əməliyyatlarını həyata keçirə bilir.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.