“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

FAQ

Faktorinq nədir?

Faktorinq xidməti - hüquqi şəxslərin və fərdi sahibkarların (Təchizatçı) dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyələşdirilməsi məqsədilə Alıcılara (Borclulara) qarşı pul tələbi hüququnun (debitor borclarının) Banka (Faktor) güzəşt etməsidir. Ətraflı Faktorinq xidməti

Bu xidmətdən istifadə etmək üçün əsas tələblər nədir?

Əsas tələblər
• Satıcı (Təchizatçı) və Alıcı (Borclu) arasında rəsmi müqavilə
• Satıcı (Təchizatçı) və Alıcı (Borclu) arasında müəyyən vaxt mövcud olan kommersiya münasibəti
• Satıcı və Alıcının arasında olan müqaviləyə əsasən, satıcının bütün öhdəliklərinin yerinə yetirməsi
• Hesab faktura və müqavilə çərçivəsində tələb olunan digər sənədlər Banka təqdim edilməli

Nə zaman faktorinq xidmətinə qoşulmaq daha məqsədəuyğundur?

Aşağıdakı hallarda məqsədəuyğundur
• Təchizatçı olaraq Alıcılarınızın ödənişlərdə gecikmələri olduğu halda və ya Siz tərəfdən ödənişləri gözləmək imkanı olmadıqda,
• Təchizatçı olaraq Alcılarınıza rəqabət qabiliyyətli təklif vermək istədikdə,
• Alıcı olaraq Təchizatçının borcunu zamanında ödəmək istədikdə,
• Valyuta riskindən qorunmaq istədikdə,
• İdxal və İxrac əməliyyatlarında.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya factoring@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.