Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün beynəlxalq təcrübədə akkreditivlərdən geniş istifadə olunur.

PAŞA Bank müştərilərə müxtəlif növ akkreditivlər təklif edir. Bank öz imkanları ilə yanaşı həmçinin dünyanın tanınmış 1-ci dərəcəli bankları ilə əməkdaşlıq çərçivəsində akkreditivlər təqdim edir. Bankın əməkdaşları akkreditivlər üzrə məlumatların verilməsi və müştərinin ehtiyaclarına uyğun akkreditiv növünün seçilməsi sahəsində tam məsləhət dəstəyi göstərirlər.

PAŞA Bank beynəlxalq ticarət əməliyyatları sahəsində akkreditivlər ilə yanaşı həmçinin Ticarətin maliyyələşməsi üzrə xidmətlər göstərir.

Akkreditiv xidmətinin təsviri

Akkreditiv – Satıcı tərəfindən malın göndərilməsi (və ya işin və xidmətin göstərilməsi), akkreditivdə nəzərdə tutulan digər şərtlərinin yerinə yetirilməsi və müvafiq sənədlərin təqdim edilməsi müqabilində, akkreditivdə qeyd edilən məbləğin bank tərəfindən Satıcıya ödənişini təmin edən bank xidmətidir.

Beləliklə, akkreditivə əsasən Satıcı tərəfindən göndərilən malın Alıcının mülkiyyətinə keçməsi və digər tələb olunan şərtlərin yerinə yetirilməsi haqqında sənəd təqdim edildikdə Bank (emitent) ödənişin Satıcının hesabına həyata keçirilməsini təmin edir.

“Akkreditivin həyata keçməsi prosesi

1. Alıcı və Satıcı akkreditivin təqdim olunması üçün Banka müraciət edir;
2. Akkreditivin ödəniş şərtləri hər üç tərəf arasında razılaşdırılır;
3. Alıcı və Bank arasında maliyyələşmə üzrə müqavilə imzalanır, alıcının Bank hesabında Akkreditiv açılır və akkreditiv Satıcının xidmət aldığı banka göndərilir;
4. Akkreditivdə qeyd olunan sənədlər Satıcının bankı vasitəsi ilə emitent banka göndərilir və sənədlər yoxlanıldıqdan sonra emitent bank tərəfindən ödəniş satıcının bank hesabına köçürülür;
5. Müqavilədə nəzərdə tutulan müddətdə tələb olunan sənədlər təqdim olunmadıqda və ya təqdim olunan sənədlərdə uyğunsuzluq olduqda Bank vəsaiti satıcının hesabına köçürməmə haqqında malikdir.
Beləliklə, Akkreditiv həm Satıcının və Alıcının risklərinin aradan qaldırılması üzrə istifadə olunan bank xidmətidir.”

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Alıcı və Satıcı üçün üstünlükləri

Alıcı üçün akkreditivin üstünlükləri:
- Alıcının pul vəsaitlərinin itirilməsi riskinin aradan qalxması
- Satıcı müqavilə üzrə öhdəlikləri yerinə yetirdikdən sonra ödənişlərin həyata keçirilməsi
- Göndərilən malın akkreditivdə nəzərdə tutulan müddətdə və digər şərtlərə uyğun qaydada Alıcının mülkiyyətinə keçməsinə

Satıcı üçün akkreditivin üstünlükləri:
- Alıcıdan asılı olmayaraq ödənişin həyata keçirilməsinə zəmanət (akkreditivdə qeyd olunan şərtlər tam yerinə yetirildikdə)
- Malın Alıcıya təhvil verilməsindən əvvəl ödənişin həyata keçirilməsi imkanı
- Mürəkkəb kommersiya müqavilələrinin həyata keçirilməsi imkanı

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Akkreditivin əsas növləri

Beynəlxalq əməkdaşlıq çərçivəsində çox istifadə olunduğu üçün akkreditiv növlərinin adları həmçinin İngilis dilində göstərilir.

1. Geri çağırılmayan akkreditiv (Irrevocable LC). Bu akkreditiv növü vəsait alanın (Satıcının) razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilməz. Bu akkreditiv Bankın (emitentin) digər tərəf qarşısında öhdəliyini əks etdirir.

2. Geri çağırıla bilən akkreditiv (Revocable LC). Bu akkreditiv növü vəsaiti alan (Satıcı) ilə əvvəlcədən razılaşdırılmadan müştərinin tapşırığına əsasən Bank (emitent) tərəfindən dəyişdirilə və ya ləğv edilə bilər. Akkredtiv geri çağırıldıqda Bank vəsaiti alanın qarşısında hər-hansı öhdəliklər daşımır.

3. Rezervli akkreditiv (Stand-by LC). Bank qarantiyası ilə yaxın olan bu akkreditiv növü Satıcı və Alıcı üçün daha sərbəst əməkdaşlıq imkanları yaradır. Satıcı qarşısında Alıcı ödəniş öhdəliklərini təmin edə bilmədikdə Bank tərəfindən akkreditiv icra edilir.

4. Təsdiq olunmuş akkreditiv (Confirmed LC). Alıcının tələbi ilə açılan akkreditiv, yüksək reytinqli digər bir bank tərəfindən təsdiq edilərək Satıcıya təqdim edilir.

5. Köçürülə bilən akkreditiv (Transferable LC). Bu akkreditiv növü Satıcıya akkreditivin müəyyən hissəsini digər tərəfə(lərə) köçürmək imkanı verir. Satıcı malı özü tam olaraq istehsal etmədikdə və bəzi hissəsini digər tərəflərdən aldıqda, bu akkreditiv xüsusilə əlverişli olur, belə ki digər tərəflərin xeyrinə bir neçə akkreditivlərin açılmasına ehtiyac yaranmır.

6. Qarşılıqlı akkreditiv (Back-to-Back LC). Bu akkreditiv növü təminat kimi qəbul edilən birinci akkreditivin əsasında ikinci akkreditivin açılmasını nəzərdə tutur. Malın son Alıcısının sifarişinə əsasən Vasitəçi olan tərəfin xeyrinə akkreditiv açılır və bu akkreditivin əsasında Vasitəçinin sifarişi ilə malın bilavasitə Satıcısının xeyrinə akkreditiv açılır.

7. Tələbli akkreditiv (Payment at Sight LC). Bu akkreditiv növünə əsasən Satıcı tərəfdən tələb olunan sənədlər düzgün təqdim olunduqda, Bank qısa müddətdə (maksimum 5 iş günü ərzində) ödənişi həyata keçirir.

8. Ödəniş vaxtı təxirə salınan akkreditiv (Deffered Payment LC). Bu akkreditiv növünə əsasən ödəniş tələb olunan sənədlər təqdim edildikdə deyil, akkreditivdə nəzərdə tutulan sonrakı vaxtda həyata keçirilir. Bu akkreditiv növü daha çox satıcı və alıcı arasında uzunmüddətli ticarət əlaqələrini asanlaşdırmaq, alıcıya ödənişi təxirə salmaq imkanı vermək və satıcıya ödənişin təminatını almaq üçün istifadə olunur.

9. Qırmızı şərtli akkreditiv (Red Clause LC). Satıcıya malı göndərməzdən və tələb olunan sənədləri təqdim etməzdən əvvəl akkreditivin müəyyən hissəsi məbləğində avans ödənişi almağa imkan verir. Bu növ akkreditivin adı erkən vaxtlarda “avans ödənişi” şərtinin sənəddə qırmızı mürəkkəb ilə xüsusi qeyd edilməsi ilə bağlıdır.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.