İyulun 9-da Amerikanın Azərbaycandakı Ticarət Palatası (AmCham) Bakıda hər il yerli biznes nümayəndələrini və onların ailələrini qeyri-rəsmi şəraitdə bir yerə toplayan ənənəvi piknik keçirib. Ötən illərdə olduğu kimi, tədbirin əsas sponsorları sırasında Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank da var idi.
PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasovanın tədbir iştirakçılarına müraciətində söylədiyi kimi, Bank artıq bir neçə ildir ki, Amerikanın Azərbaycandakı Ticarət Palatasının üzvü və bu tədbirin daimi sponsorudur.
S. Abbasova qeyd edib ki: "Real sektorun etibarlı tərəfdaşı mövqeyini tutan PAŞA Bank yerli biznesin dəstəklənməsinə böyük diqqət ayırır. Bu cür qeyri-rəsmi tədbirlərdə iştirak mövcud biznes-münasibətlərin inkişafına şərait yaratmaqla yanaşı, həm də sahibkarlar arasında yeni işgüzar əlaqələrin qurulmasının da təməlini qoyur".
Qeyd edək ki, bu il tədbirdə təxminən 700 nəfər iştirak edib.