20/12/2014

2012-ci ildə PAŞA Bank KPMG və Bakı Fond Birjası ilə əməkdaşlıq çərçivəsində Fond Birjasında səhmlərin açıq şəkildə yerləşdirilməsi sahəsində ən son istiqamətlərə, həmçinin, inkişaf edən bazarlarda kapital yığımı imkanlarına həsr olunmuş Konfrans təşkil etmişdir.

Tədbirin çıxışçıları London Fond Birjasının, Bakı Fond Birjasının və KPMG nümayəndələri, həmçinin, kapital bazarlarında mövcud olan digər ekspertlər olmuşdur. Konfrans iştirakçıları London və Bakı Fond Birjaları arasında əməkdaşlıq, yerli şirkətlər üçün kapital yığımı imkanları, səhmlər buraxmaqla maliyyə yığımındakı hazırkı istiqamətlər, maliyyə əlaqələrinin əhəmiyyəti, şirkətlərin imici və sərmayədarlarla əlaqələr kimi bir sıra məsələləri müzakirə etmişlər.

İİT üzrə təlim və hesabatların hazırlanması üçün məsuliyyət daşıyan auditor və mühasiblərin rolu, inkişaf dərəcələri, Azərbaycanın kapital bazarlarında ən son hadisələr də daxil olmaqla, bir sıra mövzular və digər məsələlər də diqqət mərkəzində olmuşdur.