20/12/2014

PAŞA Bank 2012-ci ildə Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə əməkdaşlıq çərçivəsində “Kiçik və orta ölçülü müəssisələrin nümayəndələri üçün maliyyəyə giriş” adlı seminar keçirdi. Seminarın məqsədi kiçik və orta ölçülü biznes sahələrini idarə edən sahibkarların maliyyə biliklərinin artırılması idi.

Seminarda müxtəlif sənaye sahələrindən olan 60-dan çox şəxs iştirak etdi. Seminarın iştirakçıları Mərkəzləşdirilmiş Kredit Qeydiyyatçısının (MKQ) iş metodikası, Qeydiyyatçı və MKQ işlərinin digər aspektlərindən məlumat əldə etmə imkanları, eləcə də, kiçik və orta ölçülü biznes sahələrinin nümayəndələrinə dəstək verən BMK təcrübəsi ilə tanış oldular.

Biz müsbət kredit tarixinin anlamı və bunun kredit alanın işinə təsiri ilə bağlı məlumat təqdim etdik. PAŞA Bankın təqdimatı KOS nümayəndələri arasında müsbət kredit tarixinin biznes adamları üçün “maliyyə pasportu” anlamı daşıması ilə bağlı məlumatlılığın artırılması məqsədini daşıyırdı ki, bu, bankların diqqət mərkəzində olan yeganə amil hesab oluna bilməz;- banklar, həmçinin, müştərinin biznesinin hazırkı vəziyyəti, maliyyə yekunları / hesabatları və maliyyə hesabatlarının idarə olunması da daxil olmaqla, idarəetmə metodları ilə də maraqlanır.

Biz hökumətin əhalinin maliyyə bilikləri istiqamətinə yönəltdiyi səyləri dəstəkləyirik. Bankımız Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə əhalinin qiymətli kağızlar bazarı haqqında məlumatlılığını artıran və ictimaiyyəti kapital bazarında maarifləndirən müxtəlif layihələrdə sıx əməkdaşlıq edir. Biz “2011-2020-ci illərdə Azərbaycanda Qiymətli Kağızlar Bazarının İnkişafı” ilə əlaqədar Prezident Fərmanına uyğun olaraq həyata keçirilmiş QKDK-nin “kapital bazarları haqqında məqalələrin toplanması və kapital bazarları tərəfindən təmin olunan imkanlar” adlı layihəsinə dəstək göstərmişik.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin jurnalistlərlə layihəsi – Azərbaycanın yüksələn qiymətli kağızlar bazarına həsr olunan “Kapital bazarları: cərəyanlar, problemlər və imkanlar” haqqında ən yaxşı məqalə də bizim korporativ sosial məsuliyyət proqramımız tərəfindən dəstəklənmişdir. Layihə əhalimizin və biznes cəmiyyətinin kapital və qiymətli kağızlarla bağlı məlumatlandırılmasına yönəldilmiş korporativ strategiyamıza uyğun idi. Bu layihə çərçivəsində kapital bazarları və maliyyə sektoru haqqında yazan jurnalistlər həvəsləndirmiş, uğurlu media nümayəndələri mükafatlandırılmışdır.

Korporativ strategiyamıza əsaslandığımıza görə, biz tələbələrin inkişafını nəzərdə tutan səyləri dəstəkləyirik. Bankımız QKDK ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan 2020: Kapital bazarlarının iqtisadiyyatın inkişafında rolu” mövzusunda məqalə yarışı keçirmişdir. Layihə iqtisadiyyat sahəsində təhsil alan tələbələri hazırda ölkədə həyata keçirilən proses və proqramlara cəlb etmək məqsədi daşıyırdı ki, bununla gənc nəsil nəticədə onlara fayda verəcək dəyişikliklərə sahiblik hissini duymuş olsun. Dəyişikliklərdə iştirak nəticələr üçün də məsuliyyətin bölüşdürülməsi mənasını verir. Proqramların həyata keçirilməsi zaman biz benefisiarların da layihələrə aktiv cəlb olunmasını nəzərdə tuturuq.