20/12/2014

Biz, strategiyamıza əsaslandığımıza görə ölkənin əlverişli sərmayə mühitinə töhfə verən beynəlxalq layihələrə xüsusi diqqət göstəririk. 2012-ci ildə Bankımız İqtisadçılar Qrupu ilə əməkdaşlıq çərçivəsində ”Buttonwood Naharı: Qlobal İqtisadiyyat“ mövzusunda beynəlxalq forum təşkil etmişdir. Tədbirin əsas məqsədi qlobal iqtisadiyyatın inkişaf perspektivlərini, bir sıra iqtisadi ssenari imkanları və onların mümkün təsirini müzakirə etməkdən ibarət idi. Tədbir BP, “Chevron”, “Societe Generale”, “CommerzBank”, “Ernst & Young” kimi beynəlxalq şirkətlərin ekspertləri, sərmayədarları və rəhbərləri ilə birgə keçirildi. Bakıda keçirilən tədbirdə iştirak edən ekspertlər böhrandan sonra Avrozona, Asiya və ABŞ-da mövcud iqtisadi vəziyyətlə, müxtəlif iqtisadi ssenarilərə potensial təsirlərlə, qlobal iqtisadiyyatda yeni problemlərlə, həmçinin, maliyyə böhranlarının təsirinə o qədər də məruz qalmayan Azərbaycan iqtisadiyyatına inkişaf etməkdə olan bazar olaraq sərmayə qoyuluşu potensialı ilə bağlı fikirlərini bölüşdülər.