20/12/2014

Muğam musiqinin mürəkkəb və qədim formasıdır. İpək Yolunun qovşağında yerləşən Azərbaycanda muğam ərəb, fars və türk musiqisinin təsirindən qaynaqlanaraq yaranmışdır.

Muğam yeddi önəmli tərzə əsaslanan, oxu və çalğının improvizə edildiyi modal musiqi janrıdır. İmprovizə edilmə üslubuna görə muğam ifaçısı müəyyən emosiyaları ifadə edə və oyandıra bilər. Bu, həmçinin, ənənəvi mahnılar, klassik musiqi və hətta, caz kimi digər musiqi janrları ilə sintez olunur.

1908-ci ildə Azərbaycanın ən ünlü bəstəkarı Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasında ənənəvi Avropa operasını muğam improvizasiyaları ilə sintez etmişdir.

1970-ci illərdə Azərbaycan musiqiçisi Vaqif Mustafazadə muğamın improvizə edilən cazla sintezini təcrübədən keçirmiş və beynəlxalq miqyasda geniş tanınmışdır.

Sovet İttifaqının dağılmasından sonra, müasir musiqi məşhurlaşmış və muğama olan maraq azalmışdır.

Birləşmiş Millətlər Təşkilatının mədəniyyət qurumu olan YUNESKO-nun muğamı dünyanın “mənəvi mədəni irsi” olaraq tanımasından sonra 2003-cü ildə Muğamın çiçəklənməsi dövrü başlandı: muğam musiqisi YUNESKO-nun Dünya İrsi sahələri səviyyəsində status qazandı.

Biz mədəni irsin təbliğ olunmasında korporativ məsuliyyət hədəflərimizə uyğun olan layihələrdə “Buta” İncəsənət Mərkəzi ilə əməkdaşlıq edirik. Biz “Aslan Növrəsli ilə Tar Konserti” və Nino Katamadze və “Növrəsli-4” konsertlərinə dəstək olmuşuq. Bir sıra yarışların qalibi olan Aslan Növrəsli ilə “Tar Konsertində” o, tar və uzunboğaz rübabda həm milli musiqi parçalarını, həmçinin, dünyanın məşhur bəstəkarlarının kompozisiyalarını ifa etmişdir.

Məşhur gürcü caz müğənnisi və eksperimentçisi Nino Katamadze etno-musiqinin, ənənəvi gürcü musiqisinin, hətta, muğam kombinasiyasının müasir musiqi ilə sintezini həyata keçirmişdir. “Növrəsli-4” konserti Avroviziya-2012 yarışması ərəfəsində təşkil olunmuşdur. Növrəsli qardaşları – Şahin, Tərlan, Arslan və Nurlan Azərbaycan Kamera Orkestri, caz qrupu və Pantomima teatrının aktyorlarının müşayiəti ilə müxtəlif musiqi parçaları ifa etmişlər.

Təhsil: hər bir vətəndaşın və ümumilikdə cəmiyyətin gələcəyinin qurulması üçün zəruri olan bir resursdur. Biz eyni zamanda, gənclərimizi ölkənin çiçəklənən gələcəyi və inkişafının hərəkətverici qüvvəsi olaraq görürük.