20/12/2014

PAŞA Bank gənc tələbələr üçün maliyyə, biznes və sahibkarlıq təlimlərini təmin edən qeyri-kommersiya təşkilatı “Junior Achievement Azerbaijan” (JAA) ilə əməkdaşlıq çərçivəsində ölkənin müxtəlif universitetlərində təhsil alan tələbələrin sahibkarlıq bacarıqlarının və maliyyə biliklərinin inkişaf etdirilməsinə yönəldilmiş iki layihəni həyata keçirir.

“Junior Achievement Azerbaijan” (JAA) və Azərbaycan Milli Bankı ilə əməkdaşlıq çərçivəsində biz “Fəaliyyətdə olan Banklar” layihəsini həyata keçirmişik. Layihələrdə Dövlət İqtisad Universitetinin üçüncü və dördüncü kurs tələbələri rəqabət mühitində bankın necə idarə olunması yollarını öyrədən işlərə cəlb olunmuşdur. Tələbələr “JA Fəaliyyətdə olan Banklar” kompüter simulyasiyası vasitəsilə bank sənayesinə dair təlim almış və virtual şəkildə bankı idarə etməyi təcrübədən keçirmişlər. Layihənin iştirakçıları üç aylıq dövrə təsir göstərəcək qərarlar qəbul etməli olmuş və ən mənfəətli “Bankı” idarə edən komanda layihənin qalibi olmuşdur.

Layihə ən uğurlu iştirakçılara Azərbaycan Mərkəzi Bankında təcrübə imkanını vermiş, bununla da, tələbələrə gələcəkdə karyera qurmaq imkanları açılmışdır.