20/12/2014

2011-ci ildə PAŞA Bank Norveç Krallığının Səfirliyi ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında “Korporativ sima: nə üçün şirkətlərin etibarı bu qədər vacibdir?” mövzusunda inşa müsabiqəsini keçirmişdir.

Müsabiqənin qalibləri Oslo Biznes Kollecində 4 aylıq yay proqramı çərçivəsində təhsil imkanı ilə mükafatlandırılmışdır. Tədbirin uğuruna əsaslanaraq və “British Council” təşkilatı ilə əməkdaşlıq çərçivəsində bu ənənəni davam etdirərək, biz 2012-ci ildə İkinci İnşa müsabiqəsini elan etdik. Bu müsabiqənin məqsədi də iqtisadi inkişaf, islahatlar və inkişaf məsələlərini nəzərdə tutaraq, gəncləri gələcək inkişaf yolunda daha fəal vasitəçilər olmağa həvəsləndirmək idi. Yarışın qalibləri 2012-ci ildə “King College” London yay məktəbində iştirak etmək imkanı ilə mükafatlandırılmışlar.