Karyera

“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

PAŞA Bank 900-yə yaxın əməkdaşı olan və işçilərinin orta yaşı 31 olan gənc bir bankdır. Komandanın hər bir üzvü PAŞA Bankı regionun ən iri maliyyə institutlarından və ölkənin ən yaxşı işəgötürənlərindən birinə çevrilməsinə öz töhfəsini verir.

PAŞA Bankın fəaliyyət mədəniyyətinin əsasını 5 əsas dəyər təşkil edir:

- Əməkdaşlıq
- Sahibkarlıq ruhu
- Gəlirlilik
- Dürüstlük
- Keyfiyyət

Bu dəyərlər tərəf müqabillərimizə göstərdiyimiz xidmətlərdən tutmuş bir-birimizlə qarşılıqlı əlaqələrimizə kimi gördüyümüz hər bir işdə öz əksini tapır. Biz hər bir işçidən bu dəyərləri qəbul etməyi və mükəmməl xidmət göstərməyi tələb edirik.

PAŞA Bankda çalışmaq maraqlı, faydalı və zövq vericidir. Biz uzunmüddətli bank karyerasının qurulmasına gedən yolun hər bir mərhələsində Sizə dəstək göstərəcəyik. Biz hər bir səviyyədə təkmilləşmə imkanlarına malik olan mükəmməl iş mühitini təklif edirik. Peşəkar sertifikatlaşdırma (ACCA, CFA, CIMA və s.) kimi müstəsna təlim imkanlarından əlavə, PAŞA Bank öz işçi heyətinə bir sıra sosial güzəştlər, o cümlədən, rəqabətə davamlı əmək haqları, illik mükafatlar, tibbi sığorta (ailə sığortası), həyat yaşam sığortası, idman güzəşti, life-coaching sessiyaları, bir çox məkan və müəssisələrdə endirim imkanlarını təklif edir.

PAŞA Bankda işəgötürmə prosesi tam şəffafdır. Təkcə 2019-cu il ərzində elan olunmuş vakansiyalar üzrə 1538 müsahibə keçirilmiş və bu müsahibələrin nəticəsində 222 nəfər işə qəbul olunmuşdur.

Komandamıza qoşulmaq istəyirsinizsə, mövcud vakansiyalarımızla tanış olun və onlayn müraciət edin.

Biz daim yeni istedadlar axtarışındayıq. Bilavasitə Sizə münasib vəzifənin mövcud olmadığı təqdirdə, zəhmət olmazsa, tərcümeyi-halınızı recruitment@pashabank.az elektron poçtuna göndərin. Bacarıqlarınıza uyğun vakansiya olduqda biz Sizinlə əlaqə saxlayacağıq.

Fərqi bizimlə yarat!

PAŞA Bank İnsan Resursları Komandası

Vakansiyalar

Vakansiyalar

 

Maraqlanan şəxslər CV-ni https://www.pashabank.az/career/lang,az/ ünvanında doldura bilərlər

İşə qəbul üçün müraciət anketi

İşə qəbul üçün müraciət anketi

İşə qəbul üçün müraciət anketi:

Anket