16/10/2023

Fərdi sahibkarlar üçün Rəqəmsal biznes kartında yeni üstünlük!

Azərbaycanın aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” fərdi sahibkarlar üçün nəzərdə tutulmuş Rəqəmsal biznes kartında yeni funksiyanı istifadəyə verib.

Belə ki, artıq Rəqəmsal biznes kartından “PAŞA Biznes” mobil tətbiqi vasitəsilə kartdan karta köçürmələri asanlıqla həyata keçirmək mümkündür. Rəqəmsal biznes kartından ölkədaxili istənilən bank kartlarına köçürmə edə bilərsiniz.

Rəqəmsal biznes kartını sifariş etmək üçün linkə keçid edin: https://pshb.az/reqemsalkartsifarisi