09/10/2023
Nəzərinizə çatdırırıq ki, 11.12.2023-cü il tarixindən etibarən aşağıdakı ödəniş kartları üzrə əməliyyatlar kartın valyutasından fərqli valyutada aparıldığı halda konvertasiya komissiyası tətbiq olunacaq.
- Əməkhaqqı;
- Həyatın Yaşam Sığortası;
- Debet;
- “Miles&Smiles” (fiziki şəxslər üçün);
- Güzəşt müddətli kredit kartı.
Həmçinin, yuxarıda qeyd olunan konvertasiya komissiyası 22.12.2023 tarixindən etibarən “Miles&Smiles PAŞA Bank” biznes kartları üzrə də tətbiq olunacaq.
Bildiririk ki, bank tərəfindən konvertasiya məbləği Mərkəzi Bankın həmin günə uyğun məzənnəsinə əsasən hesablanır.