15/08/2023

AR Mərkəzi Bankı tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər həyata keçirilmişdir. 

Dəyişikliklərə əsasən rezident fiziki şəxslər ölkə kənarında Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə təqvim ayı ərzində cəmi 10 000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitini nağdlaşdıra bilərlər. Rezident və qeyri-rezident fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə gündəllik köçürdükləri (hesab açmadan və ya hesab vasitəsilə) məbləğdən asılı olmayaraq aylıq limit 20 000 (iyirmi min) ABŞ dolları ekvivalentinədək müəyyən edilmişdir.