PAŞA Bank bütün plastik kart sahibləri üçün «PİN Change» (PİN-kodun dəyişidirilməsi) xidməti təqdim edir. PIN Change xidmətini günün istənilən vaxtı PAŞA Bankın və AzeriCard bankomatlarında həyata keçirmək mümkündür.

PIN Change əməliyyatı aşağıda göstərilən qaydada həyata keçirilir:
• Plastik kart sahibi kartı bankomata daxil edərək PIN kodu yazır;
• Bankomatın monitorunda «PIN Change» funksiyasını seçir;
• Yeni PIN- kodu daxil edir;
• Sonra PIN-kodu təsdiq edir;
• Ardınca PIN-kodun dəyişdirilməsi əməliyyatı aparılır.

Bizim tövsiyələr:
· PİN-kodunuzu dəyişərkən təkrarlanan və yaxud tam ardıcıl olan rəqəmlərdən istifadə etməyin;
· Təhlükəsizliyiniz üçün bütün plastik kartlarınız üçün eyni PİN-kodu seçməyin;
· Plastik kartlar bağlı hər hansı problemlə üzləşəndə, zəhmət olmasa mütləq Banka və ya Əlaqə Mərkəzinə müraciət edin.