Bizim birinci dərəcəli vəzifəmiz pullarınızı etibarlı şəkildə saxlamaqdır.

Sizin PAŞA Ödəniş Kartınıza dələduzluqdan və oğurluqdan qorumağa imkan verən bir sıra faydalı mühafizə elementləri daxildir.

Kredit kartının qorunması

•  Çip və PIN
Çip və PIN bütün dünyada geniş yayılmış ən etibarlı ödəniş yoludur. Mallara görə imza atmaq əvəzinə, sizdən yalnız karta məlum olan 4 rəqəmli Şəxsi Təyinat Nömrənizi daxil etməniz tələb olunacaq.

•  Kartın doğruluğunun yoxlanması kodu (CVC)
Hər bir kartın fərqli qoruyucu xüsusiyyəti olan CVC kartın arxasında yazılan (adətən, imza zolağında) 3 rəqəmli nömrədir. Əməliyyatlar zamanı ondan istifadə etməklə, siz əməliyyatın qanuniliyinin başqa bir yolla müəyyən edilməsini təmin etmiş olursunuz.

•  PAŞA Bankın Təminatı
PAŞA Bank sizi satınalmaların onlayn həyata keçirilməsi üçün istifadə oluna bilən etibarlı birdəfəlik parolla təmin edir.

• Dələduzluq
Sizin debit/kredit kartınızda hər hansı dələduzluq əməliyyatından şübhələndiyimiz təqdirdə, bunun yoxlanması üçün sizə telefonla zəng edəcəyik və bu barədə xəbərdarlıqları birbaşa sizin mobil telefonunuza göndərəcəyik.

•   Riskli ölkələr

Plastik Kartlarla fırıldaqçılığın və dələduzluğun qarşısının alınması

Pullarınızın təhlükəsizliyinə zəmanət vermək məqsədi ilə, PAŞA Bank əlavə tədbirlər görmüş və yüksək riskli ölkələrdə bəzi əməliyyatlara məhdudiyyət tətbiq etmişdir. Hər kartda çip olmasına baxmayaraq, bəzi ölkələrdə borc öhdəliklərinin çip kartla yerinə yetirilməsinə keçid qaydası (Chip Liability Shift Program) hələ də qəbul edilmir və ya qismən qəbul edilir.

Bu səbəbdən, siyahıda yer alan yüksək riskli ölkələrdə siz öz plastik kartlarınızla yalnız pin-çip və ya pin-təmassız əməliyyatlar icra edə biləcəksiniz. Əgər digər növ əməliyyat imkanlarından istifadə etmək istəyirsinizsə, sözügedən ölkələrə səyahət etməzdən öncə bizimlə əlaqə saxlamağınızı xahiş edirik