Mal və xidmətlərin təchizatının girovsuz, qısa zamanda və sərfəli şərtlərlə maliyyələşdirilməsi
Mal və ya xidmətin təchizatı barədə Alıcı tərəfindən təqdim edilən Alış sifarişi və ya Müqavilə üzrə işlərin icra edilməsi üçün Təchizatçının maliyyələşdirilməsi
Alıcıları ilə rəsmi müqavilə və ya Alış sifarişi əsasında əməkdaşlıq edən və icra etdiyi işlər üzrə Alıcıları tərəfindən ödənişləri Bank hesabına edilən Təchizatçılar
Təchizatçı öz dövriyyə vəsaiti olmadan Bankdan əldə etdiyi vəsaitlə Alıcının təklif etdiyi Tenderdə iştirak edə və tender sifarişini icra edə bilər
Təchizatçı Alıcıdan Avans ödənişi tələb etməyə bilər və bu şərtin olmamasına görə əlavə rəqabət üstünlüyü qazana bilər
Dövriyyə vəsaiti tez və sərfəli şərtlər ilə maliyyələşdirilir
Hər hansı növ girov təminatının təqdim olunması tələb edilmir
Alıcı tərəfindən göndərilmiş Alış sifarişinin icrası məqsədilə Banka həmin Alış sifarişini təqdim edir və maliyyələşmə üçün müraciət edir
Təchizatçının müraciət ərizəsi təhlil olunur
Təchizatçının müraciəti təsdiqlənir və maliyyələşmə həyata keçirilir
İşlər görüldükdən sonra Təchizatçı Alış sifarişi üzrə icra edilən işlərə dair Hesab Fakturanı və digər müvafiq sənədləri Banka təqdim edir
Sifariş icra olunduqdan sonra Alıcı tərəfindən Təchizatçının PAŞA Bankdakı cari hesabına ödənişlər daxil olur və borc silinir
Aşağıda qeyd olunan sorğunu doldurur və ya Bankın istənilən satış strukturuna yaxınlaşırsınız
Alıcı tərəfindən göndərilmiş Alış Sifarişini və sənəd paketini Banka təqdim edirsiniz
Maliyyələşməni əldə edirsiniz
Kiçik və orta biznes üçün məhsullar haqqında daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.