“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Press-relizlər

10/12/2025

“PAŞA Bank” süni intellekt üzrə təlim proqramına qeydiyyata start verdi

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və  bazarda aktiv fəaliyyət göstərən akademiyalardan biri Div Academy ortaq əməkdaşlıq çərçivəsində yeni sosial yönümlü təşəbbüs – “AI for Good” süni intellekt təlim proqramının qeydiyyat prosesinə start verib. Layihə valideynini itirmiş, 18–23 yaş arası gənclərin rəqəmsal bacarıqlara çıxışını genişləndirməyi və onların əmək bazarına inteqrasiyasını dəstəkləməyi hədəfləyir.