27/07/2011
PAŞA Bankın öz işində rəhbər tutduğu əsas prinsip müştəri məmnunluğudur, çünki məhz müştəri məmnunluğu uzunmüddətli və məhsuldar əməkdaşlığın əsasıdır. Məhz bu səbəbdən müştərilərimizlə daimi əlaqədə olmaq və onların göstərdiyimiz xidmət haqqında fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları customer.care@pashabank.az ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

PAŞA Bank komandası təqdim olunan məhsul və xidmətlərin beynəlxalq standartlara cavab verməsi üçün mütəmadi olaraq çalışır və bu istiqamətdə bir çox nəzərəçarpan nailiyyətlər əldə etmişdir. Lakin hər bir yeni və sürətlə inkişaf edən təşkilat öz işində problemlərlə üzləşir. Bu problemlərin vaxtında aşkarlanması və aradan qaldırılması gələcək inkişafın əsasıdır. PAŞA Bankın fəaliyyətindən narazı qaldığınız məqamları və yaxud xidmətin keyfiyyətini artırmaq üçün təkliflərinizi daha detallı şəkildə PAŞA Bankın Keyfiyyətə Nəzarət qrupunun nəzərinə çatdırmaq istəsəniz, iradınızın/təklifinizin xüsusiyyətindən asılı olaraq təqdim olunan formanın müvafiq səhifəsini dolduraraq customer.care@pashabank.az ünvanına göndərməniz xahiş olunur.
Diqqətinizə çatdırırıq ki, formanın birinci hissəsi Bankın əməkdaşlarının rəftarı, ikinci hissəsi məhsul və xidmətlərin xüsusiyyəti, üçüncü hissəsi şəraitinin rahatlığı ilə bağlıdır. Əgər irad və ya sorğunuz başqa mövzunu əhatə edirsə, formanın "DIGƏR" bölməsini doldurmanız xahiş olunur. İrad və təklifiniz 3 iş günü ərzində cavablandırılacaq. Xahiş edirik təklif və şikayət formasını dolduranda Adınızı, Soyadınızı və əlaqə nömrələrinizi göstərməyi unutmayasınız ki, Bankın əməkdaşları Sizinlə əlaqə saxlaya bilsin.

 

Təklif və irad forması