31/03/2026

white-bg.jpg (55 KB)
PAŞA Bank səhmdarlarının növbəti ümumi yığıncağını keçirəcək.

Yığıncaq 30 aprel 2026-cı il tarixində saat 17:00-da telekommunikasiya vasitəsilə məsafədən təşkil olunacaq.

Bankın 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiqi, illik idarəetmə hesabatlarının təsdiqlənməsi, əməkdaşlara illik mükafatın ödənilməsi, eləcə də digər məsələlər görüşün gündəliyinə daxildir.

Səhmdarlar gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə materiallarla bankın Baş ofisində və ya elektron qaydada müraciət etməklə tanış ola bilərlər.