02/02/2026

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ASC səhmdarlarının ümumi yığıncaqlarınin tarixlərini açıqlayıb. Belə ki, iclaslar 18 mart və 27 aprel 2026-cı il tarixlərində keçiriləcək və bütün səhmdarlar yığıncaqda məsafədən iştirak edə biləcəklər.
Hər bir iclasın gündəliyinə səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid məsələlərin müzakirəsi daxildir. “PAŞA Bank” səhmdarlara gündəliklə bağlı materiallarla tanış olmaq üçün həm Baş ofisə müraciət etməyi, həm də elektron formatdan istifadə etməyi tövsiyə edib.