03/10/2025

PASHA Bank logo

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ASC səhmdarlarının ümumi yığıncaqlarının tarixlərini açıqlayıb. Belə ki, iclaslar 2 noyabr, 28 noyabr və 26 dekabr 2025-ci il tarixlərində keçiriləcək və bütün səhmdarlar yığıncaqda məsafədən iştirak edə biləcəklər.

Hər bir iclasın gündəliyinə səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid məsələlərin müzakirəsi daxildir. “PAŞA Bank” səhmdarlara gündəliklə bağlı materiallarla tanış olmaq üçün həm Baş ofisə müraciət etməyi, həm də elektron formatdan istifadə etməyi tövsiyə edib.