15/08/2025

PAŞA Bank logosu
“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti 30 sentyabr 2025-ci il tarixində səhmdarlarının növbəti ümumi yığıncağını keçirəcək. Toplantı 17:00-da müvafiq telekommunikasiya vasitələri ilə məsafədən təşkil olunacaq.

Gündəlikdə bankın təşkilati məsələləri, o cümlədən idarəetmə orqanları ilə bağlı müzakirələr nəzərdə tutulub.

Səhmdarlar gündəlikdəki məsələlər üzrə materiallarla tanış olmaq üçün Bankın baş ofisinə müraciət edə və ya elektron formada sənədləri əldə edə bilərlər.