03/10/2019

İT sahəsində çalışan kadrların potensialının artırılmasına və bu sahəyə marağı olanların bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş "PASHA Bank Cup" yarışmasının ilk təsnifat mərhələsi uğurla başa çatmışdır.

Yarışmaya qatılan 163 nəfər ilk müsabiqənin mövzusu olan Kodlaşdırma tətbiqi (Implementation) üzrə öz güclərini sınadı. İştırakçılardan 8 nəfər verilən bütün tapşırıqları 100% nəticə ilə həll etmişdir:

- Abutalıb Namazov
- Əziz Hüseynov
- Asiman Ağayev
- Nurlan Sofiyev
- Rəşad Məmmədov
- Nihat Əliyev
- Murad Eynizadə
- Kamran Əsgərov

Qeyd etmək lazımdır ki, yüksək nəticələr göstərən proqramçılar yaxın zamanda PAŞA Bankın Rəqəmsal Labaratoriyasını ziyarət etmək üçün dəvət olunacaqlar.

"PASHA Bank Cup" yarışmasının Məlumat strukturları (Data structures) mövzusunda ikinci təsnifat mərhələsi 17-20 oktyabr 2019-cu il tarixləri arasında keçiriləcək. Odur ki, ilk mərhələyə qatıla bilməyən proqramçılar ikinci mərhələdə öz bacarıqlarını nümayiş etdirməklə finala çıxma şansını əldə edə bilər. İkinci mərhələyə qeydiyyat barədə məlumat əlavə olaraq bildiriləcək.

Yarışma ilə bağlı yaranan suallara cavab almaq, PAŞA Bankın Rəqəmsal Laboratoriyasının proqram təminatı mühəndisləri ilə əlaqə yaratmaq, həmçinin ümumi proqramlaşdırma mövzularında müzakirələrdə iştirak etmək istəyənlər Slack kanalına da qoşula bilər.

Yarışma haqqında ətraflı məlumat: https://www.pashabank.az/press_centre,1445/lang,az/