PAŞA Bank müştərilərinə cari hesab qalığının müəyyən olunmuş minimal məbləğdən az olmadığı günlər hesabın qalıq məbləğinə gündəlik faiz hesablaması imkanını təklif edir.
Xidmətin üstünlükləri
Bu xidmət müştərilər üçün həm vəsaitlərinin cari hesabda tam çevikliyini (vəsaitlərin istənilən vaxtda istifadəsi), həm də gündəlik əlavə gəlir əldə olunmasını təmin edir.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
Xidmətin şərtləri
Hesabda minimal qalıq: | Fərdi razılaşma əsasında |
Faizlərin hesablanması: | Faizlər gündəlik hesabın qalıq məbləğinə hesablanır, lakin qalıq məbləği müəyyən edilən minimal məbləğdən az olduqda, həmin günlər üçün faiz hesablanmır. |
Faiz dərəcəsi: | Fərdi razılaşma əsasında |
Faizlərin ödənişi: | Hesablanmış faiz məbləği müştərinin cari hesabına köçürülür |
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
Xidmətə qoşulma
Bu xidmətə qoşulma müştərinin müraciəti (“Hesabın qalığına faizlərin hesablanmasına dair Ərizə”) və Bank ilə imzalanan əlavə razılaşma əsasında həyata keçirilir.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.