19/03/2026
Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “PAŞA Bank” ASC) SƏHMDARLARININ NÖVBƏTİ ÜMUMİ YIĞINCAĞI 30 aprel 2026-cı il tarixində, saat 17:00-da, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. “PAŞA Bank” ASC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilməsi;
2. İllik idarəetmə hesabatlarının təsdiqlənməsi;
3. Mükafatın ödənilməsi;
4. Digər məsələlər.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Baş ofisində, həmçinin elektron qaydada müraciət etməklə tanış ola bilərlər.
Hörmətlə,
“PAŞA Bank” ASC-nin İdarə Heyəti