19/03/2025

Ödəniş cədvəlində dəyişiklik

Novruz bayramı ilə əlaqədar 20-31 mart tarixləri qeyri-iş günləri hesab olunur və bu tarixlərdə ödənişlərin icrasında dəyişikliklər olacaq.

Qeyri-iş günlərində ödənişləri istənilən vaxt formalaşdıra bilərsiniz, lakin ödənişlər aşağıda qeyd olunan tarixlərdə icra olunacaq:

  • Xarici köçürmələr – 1 aprel tarixində icra olunacaq;
  • HÖP ödənişləri və standart köçürmələr – 28 və 31 mart tarixlərində icra olunacaq;
  • Təcili ödənişlər – 24, 27, 28 və 31 mart tarixlərində icra olunacaq;
  • Əməkhaqqı və bankdaxili köçürmələr – hər gün icra olunacaq.

Nəzərinizə çatdırırıq ki, “PAŞA Bank”ın çağrı mərkəzi hər zaman olduğu kimi 24/7 rejimində müştərilər üçün fəaliyyət göstərir. Əlavə məlumat üçün *8123 / (+99412) 496 50 04 çağrı mərkəzinə müraciət edə bilərsiniz.