20/11/2023

Təşəbbüs Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə hazırlanan “Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı” (Fəaliyyət Planı) çərçivəsində həyata keçirilir.

“PAŞA Bank” əhalinin maliyyə savadlılığına və ayıq-sayıq olmasına yönəlik başlanan bu sosial layihənin bir hissəsi olaraq müştərilərdən aşağıdakı məqamları nəzərə almağı xahiş edir.

Nəzərə alın ki, Bank telefon zəngləri və ya digər vasitələrlə fərdi və ödəniş kartına dair məlumatların təqdim olunması, təsdiqlənməsi və yenilənməsi ilə bağlı heç bir halda kart istifadəçilərinə SMS və ya e-poçt vasitəsilə müraciət etmir.

Bank, şəxsi məlumatlarınızı daxil etmək üçün heç bir forma/link göndərmir.

Bank işçiləri heç vaxt müştərilərdən məxfi məlumatları (kartın tam nömrəsi, PİN, SMS və CVV/CVC kodları və s.) istəmir və kartlarla əməliyyatların edilməsini tələb etmir.

Bank işçisi müştərilərdən yalnız müştəri eyniləşdirməsi üçün lazımlı olan məlumatları istəyə bilər: müştərinin bank identifikasiya kodu (CİF), kartın ilk və ya son 4 rəqəmi, sistemdə qeydiyyatda olan əlaqə nömrəsi, şəxsiyyət vəsiqəsinin FİN kodu və s.

Bəzi hallarda, misal üçün bank dələduzluqdan şübhələndiyində, müştərilərə zəng edilə bilər. Lakin bu, yalnız əməliyyatın məhz müştəri tərəfindən həyata keçirildiyini təsdiqləmək üçün edilir və bu halda müştəridən hansısa rəqəmlərin və ya kodların təqdim edilməsi istənilmir.

Sizə zəng olunduğu zaman fərdi və ödəniş kartlarınıza dair məlumatları (PİN şifrənizi, kartınızın üzərində olan 16 rəqəmi, kartın arxasındakı 3 rəqəmli kodu, SMS ilə nömrənizə göndərilən birdəfəlik şifrəni) heç bir halda bölüşməyin, o cümlədən SMS ilə göndərilən naməlum keçidlərə daxil olmayın.

Bundan əlavə, Sizinlə naməlum nömrə və ya digər vasitələrlə əlaqə saxlayaraq hər hansı məxfi məlumatınızı öyrənmək istəyən şəxslərlə həmin məlumatları qətiyyən bölüşməyin.

Kartınızda SMS-bildiriş xidməti, 3D Təhlükəsizlik xidməti və ya mobil tətbiq aktivdirsə, və siz həyata keçirmədiyiniz və yə məlumatınız olmayan hər hansı əməliyyat cəhdləri barədə bildirişlər alırsınızsa, "PAŞA Bank" mobil tətbiqi vasitəsilə dərhal kartı blok edin və Banka bu barədə məlumat verin.

Yuxarıda  sadalanan şübhəli hallarla qarşılaşdıqda kart məlumatlarınızı təqdim etməyin və dərhal bank kartınızın üzərində qeyd olunan rəsmi qaynar xətt və ya əlaqə telefonları ilə “PAŞA Bank”la əlaqə saxlayın. Kart məlumatlarınızı sərgiləməyin, dələduzlara qarşı diqqətli olun!

Fəaliyyət planı çərçivəsində hazırlanan əsas videoçarxı bu keçidə daxil olub izləyə bilərsiniz - https://www.youtube.com/watch?v=IO6SA7VEi0I