13/07/2022

Müştərilər artıq “PAŞA Bank” mobil tətbiqinin yeni funksionallığından yararlana biləcəklər. Belə ki, indi yeni mobil tətbiq vasitəsilə kart balansını istənilən bank kartından asanlıqla artırmaq mümkündür.

 

Köçürmələrə kartdan asılı olaraq, mədaxil komissiyası tətbiq olunacaq. Həmin komissiya isə göndərən kartdan tutulacaq. Məsələn, müştəri 10 AZN mədaxil etdikdə qarşı tərəfdən 10.05 AZN çıxılacaq.

 

Mədaxil komissiyaları aşağıda qeyd olunur:

  • Əməkhaqqı kartlarına 0.5%
  • Keşbek əməkhaqqı kartlarına 0.2%
  • Digər bütün kartlara isə 0 %

 

Qeyd: Köçürmənin minimal limiti 1 AZN təşkil edir.