01/10/2020

Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər satınalma təkliflərini 20.11.2020 il tarixinədək qapalı zərflərdə PAŞA Banka təqdim etməlidir.

Təklifdə aşağıdakı məlumatlar qeyd olunmalıdır:
• Fiziki şəxslər üçün: təklifin qiyməti, şəxsiyyət vəsiqəsinin surəti və bank rekvizitləri.
• Hüquqi şəxslər üçün: təklifin qiyməti, şirkətin hüquqi sahibinin şəxsiyyət vəsiqəsinin surəti və bank rekvizitləri.

Avtomobillərin sayı - 5. Avtomobillər yalnız bir lotda satılacaq, ayrılıqda satışı mümkün deyil.

Əlavə qeydlər:
1. Avtomobillərin Dövlət Yol Polisi idarəsində qeydiyyatı alıcının hesabına aparılacaqdır;
2. ƏDV Bank tərəfindən ödəniləcəkdir.

Təkliflərin göndəriləcəyi ünvan: PAŞA Bankın Baş ofisi, Yusif Məmmədəliyev küçəsi, 13, Bakı, AZ1005, Azərbaycan.
Məsul şəxs: Səidə Babayeva, Satınalmalar və inzibatçılıq departamentinin mütəxəssisi

Avtomobillər haqqında ətraflı məlumat və başlanğıc qiyməti aşağıda göstərilib:

Marka Marka Tipi Rəng Bura-
xılış il
Qeydiyyat nişanı
köhnə
(yeni)
Mühər-
rikin həcmi
Yürüş, Km Başlanğıc qiyməti
Lexus ES-350 Sedan Ağ Mirvari 2016 10-PB-516
(99-PH-359)
3,500 141,603 47,000.00 ₼
Toyota Avalon Sedan Ağ Mirvari 2015 10-PE-203
(99-PH-345)
3,500 201,254 38,000.00 ₼
Toyota Avalon Sedan Ağ Mirvari 2015 10-PE-204
(99-PH-347)
3,500 108,963 46,000.00 ₼
Toyota Avalon Sedan Ağ Mirvari 2015 10-PE-205
(99-PH-378)
3,500 177,624 40,000.00 ₼
Toyota Avalon Sedan Ağ Mirvari 2015 10-PB-208
(99-PH-324)
3,500 136,356 43,000.00 ₼