22/05/2020

Ümumdünya Uşaqlar Günü münasibətilə PAŞA Bank kart sahibləri üçün xüsusi fürsətlər!

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank nağdsız ödənişləri təşviq etməyə və onlayn alış-veriş imkanlarını dəstəkləməyə davam edir. Xüsusilə son dövrdə bu, daha da böyük əhəmiyyət kəsb edir. İndi isə PAŞA Bank kartları ilə onlayn alış-veriş etmək üçün daha bir səbəb var. Belə ki, PAŞA Bank Ümumdünya Uşaqlar Günü münasibətilə Bankın kart sahibləri üçün xüsusi fürsətlər təqdim edir.

28 may – 03 iyun 2020-ci il tarixləri arasında keçirilən kampaniyalarda iştirak etməklə PAŞA Bankın müştəriləri aşağıda qeyd olunan xüsusi təkliflərdən yararlana bilər:

AliNino - Ümumdünya Uşaqlar Günü münasibətilə PAŞA Bank kart sahibləri üçün xüsusi fürsətlər!
1. Müştərilər Ali&Nino saytına daxil olmaqla “Uşaq aləmi” bölümündə PAŞA Bank kartı ilə alış-veriş etdikdə PAŞA Bankdan promo hədiyyələr qazanır, həmçinin növbəti alış-veriş üçün 20%-lik kupon əldə edir. Hədiyyəni ilk 200 müştəri qazanacaq.


Wolt - Ümumdünya Uşaqlar Günü münasibətilə PAŞA Bank kart sahibləri üçün xüsusi fürsətlər!
2. Müştərilər istənilən uşaq geyimi, oyuncaq və kitab mağazalarında PAŞA Bank kartı ilə ümumilikdə 30 AZN-dən yuxarı məbləğdə ödəniş etdikdə 5 AZN Wolt balansı qazanır.Kampaniya şərtləri həm onlayn mağazalarda, həm də POS-terminal ilə həyata keçirilən ödənişlərə şamildir. Hədiyyəli balans ilk 1000 müştəriyə təqdim olunacaq.


Megamart - Ümumdünya Uşaqlar Günü münasibətilə PAŞA Bank kart sahibləri üçün xüsusi fürsətlər!
3. Müştərilər Megamart onlayn hipermarketinə daxil olmaqla uşaq aləmi məhsullarını PAŞA Bank kartı ilə sifariş etdikdə 10% endirim əldə edir. Kampaniyada PAŞA Bankın bütün kartları iştirak edir.