23/10/2019
viza-card
PAŞA Bank öz əməkhaqqı kartı müştəriləri üçün yeni stimullaşdırıcı kampaniya təqdim edir. 

Belə ki, kampaniya müddətində PAŞA Bankın əməkhaqqı kartları sahibləri PAŞA Bankdan Visa Gold və/və ya Platinum kartlarını ödənişsiz əldə edə bilərlər. Yeganə şərt – kartı Mobil Bank üzərindən sifariş etdikdə müştəri birdəfəlik qaydada kassa vasitəsilə kart hesabına aşağıdakı məbləğlərdən az olmayaraq mədaxil etməlidir:

AZN valyutalı kartlar üzrə:
  • - Visa Gold – 1000 AZN
  • - Visa Platinum – 2000 AZN

USD, EUR, GBP valyutalı kartlar üzrə:
  • - Visa Gold – 500 USD/EUR/GBP
  • - Visa Platinum – 1000 USD/EUR/GBP

Qeyd olunmalıdır ki, Visa Platinum sifarişləri üzrə bu kampaniya ilk 100 müştəriyə şamil edilir.

Kampaniyanın bitmə tarixi: 31.10.2019