17/05/2018

17 may 2018-ci il tarixdən etibarən PAŞA Bank Mobil Əlavəsinin istifadəçiləri üçün yeni hədiyyə kampaniyasına start verilmişdir.

Mobil Əlavənin istifadəçiləri ay ərzində biri parkinq və ya taksi ödənişi olmaqla ən azı 4 fərqli kateqoriya üzrə (mobil, kommunal, stasionar telefon, internet, TV, taksi, parkinq) minimum 1 AZN məbləğində həyata keçirdiyi ödənişlərə görə PoP-Socket və ya PowerBank hədiyyə qazanacaqlar. Bir müştəri yalnız 1 hədiyyəyə sahib ola bilər. Hədiyyələrin sayı məhduddur.

Bundan başqa, ay ərzində əməliyyat məbləğinə görə ən çox əməliyyat həyata keçirən ilk on müştəriyə “Sport watch”, 11-15-ci yerlərin sahiblərinə isə 50 AZN məbləğində CinemaPlus kinoteatrına hədiyyə kuponu təqdim ediləcək.

Kampaniya 30 sentyabr 2018 –ci il tarixədək davam edəcək.