19/03/2013
en Azərbaycanın ən böyük banklarından biri olan PAŞA Bank British Council ilə əməkdaşlıqda İnşa Müsabiqəsi elan edir. Bu layihənin məqsədi iqtisadi artım, islahatlar və inkişaf məsələlərinin işıqlandırılması, gənclərin gələcək inkişafda daha fəal iştirak etməyə sövq edilməsidir. İnşalar ingilis dilində təqdim edilməli və aşağıda qeyd olunan mövzuları əhatə etməlidir: 
• Maliyyə böhranı iqtisadi modelləşdirmənin qeyri-səmərəli olmasına təsir göstərmişdirmi? 
• Bəzi ölkələrin kasıb, bəzilərinin isə zəngin olduğunun səbəbi nədir? 
• Niyə bəzi ölkələrdə iqtisadi inkişaf digərlərindən daha sürətlə baş verir? İqtisadi inkişafın sürətləndirilməsi üçün Mərkəzi Bank nə kimi tədbirləri həyata keçə bilər?
• Gəlirlərdə artan qeyri-bərabərlik problemini ölkə tez və real şəkildə necə həll edə bilər? 
• Qara dəniz regionu 20 il sonra 

MÜSABİQƏDƏ KİM İŞTİRAK EDƏ BİLƏR? 
İnşa müsabiqəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan 18-22 yaş arası tələbələr iştirak edə bilərlər. 

MÜKAFATLAR 
1-ci yer - Üç qalib 1 iyul 2013- tarixindən9 avqust 2013-cü il tarixinədək Londonun məhşur King's College Universitetinin Yay Bizes Məktəbində təhsil almaq imkanını əldə edəcək. 
King's College Universitetinin Yay Bizes məktəbi haqqında məlumatı aşağıda qeyd olunan İnternet ünvanından əldə edə bilərsiniz:http://www.kcl.ac.uk/study/summerschool/index.aspx 
2-ci yer- Noutbuk 
3-cü yer - IPad 

İNŞANI MÜSABİQƏYƏ NECƏ TƏQDİM ETMƏK OLAR? 
İnşanın müsabiqəyə təqdim olunması prosesi müstəsna olaraq onlayn rejimində həyata keçirilir. İnşalar 30 aprel 2013-cü il tarixindən gec olmayaraq enquiries@britishcouncil.az. elektron poçt ünvana təqdim edilməlidir. 

QAYDALAR 
• İnşaların qəbulu üçün son tarix 30 aprel 2013-cü il-dir. 
• Hər bir iştirakçı təklif olunmuş mövzulardan yalnız birinə həsr olunmuş inşa təqdim edə bilər. 
• İştirakçılar yaşı 18-22 arasında olmalıdır. 
• İnşalar yalnız ingilis dilində yazılmalı və həcmi 2000 sözdən artıq olmamalıdır,. 
• Bütün inşalar orijinal şəkildə işlənməlidir. Əvvəllər dərc olunmuş materiallar müsabiqəyə qəbul olunmayacaq. Hər hansı bir plaqiatın müəllifi avtomatik olaraq müsabiqədən iştirakdan kənarlaşdırılacaq. Xahiş olunur, nəzərə alasınız ki, bütün inşalar plaqiatın edilməsi üçün xüsusi kompyuter proqramı vasitəsilə yoxlanılacaq. 
• British Council və PAŞA Bank qaliblərin inşalarını dərc etmək və/və ya yayımlamaq hüququnu özündə saxlayır.
• Münsiflər heyətinin qərarı son qərardır və mübahisə oluna bilməz. 

Müsabiqə haqqında ətraflı məlumatı www.britishcouncil.az saytından və ya Azərbaycanda British Council proqramlarının əməkdaşı Könül Əhmədovadan 4971593, 4972013 telefon nömrələri və ya 4989236 faks nömrəsi vasitəsilə əldə edə bilərsiniz.