30/10/2023

M&S_Yeni_kampaniya_1x1_updated.png (1.10 MB)Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” dünyanın lider aviaşirkətlərindən biri olan “Türk Hava Yolları” ilə eksklüziv əməkdaşlıq çərçivəsində təqdim etdiyi “Miles&Smiles” kartları üzrə yeni kampaniya elan edir.

Kampaniyanın şərtlərinə əsasən yeni müştərilər “Miles&Smiles Black Edition” və “Miles&Smiles World Elite” kartlarını əldə etdikdə 1-ci il üzrə müvafiq olaraq 6 000 və 10 000 “xoş gəldin” milləri qazanacaq. Bunun üçün “Miles&Smiles Black Edition” kart sahibləri ilk 1 ay ərzində minimum 3 000 AZN, “Miles&Smiles World Elite” kart sahibləri isə ilk 1 ay ərzində minimum 5 000 AZN məbləğində ödəniş etməlidirlər. Müvafiq “xoş gəldin” milləri yeni müştərilərə dövriyyə şərti yerinə yetirildikdən sonra təqdim olunacaq. 

30 noyabr 2023-cü il tarixindək davam edən kampaniyada yalnız yeni “Miles&Smiles” müştəriləri faydalana bilər. Kampaniyadan “Miles&Smiles Black Edition” kartları üzrə ilk 2 000 yeni müştəri, “Miles&Smiles World Elite” kartları üzrə isə ilk 1 000 yeni müştəri yararlanacaq.

“Miles&Smiles Black Edition” və “Miles&Smiles World Elite” əldə etmək və kampaniyada iştirak etmək üçün bu linkə keçid edin.

Xatırladaq ki, “Miles&Smiles PAŞA Bank” kartları ölkədə ilk dəfə olaraq “Türk Hava Yolları” aviaşirkəti ilə ko-brendinq məhsulu kimi 2019-cu ildə müştərilərin istifadəsinə verilib. Bu kartlar vasitəsilə ticarət və xidmət obyektlərində ödənişlər həyata keçirərək mil qazanmaq, toplanan milləri “Türk Hava Yolları”nın və “Star Alliance” üzvlərinin 300-dən çox uçuş istiqamətləri üzrə aviabiletə çevirmək mümkündür. Həmçinin “PAŞA Bank”ın partnyor şəbəkəsində ödəniş zamanı müştərilər əlavə millər də qazana bilər.

“Miles&Smiles PAŞA Bank” kart sahiblərinə bir sıra üstünlüklər və imtiyazlar təklif olunur. “Miles&Smiles PAŞA Bank” kartlarının bütün üstünlükləri və tarifləri haqqında daha ətraflı məlumat əldə etmək üçün bu linkə keçid edin.